Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın Çempionlar Liqası macərası sona çatdı və necə deyərlər, qapını da arxasınca möhkəm çırpdı…
Azərbaycan futbolunun flaqmanı “Qarabağ”, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında, İngiltərənin “Nyukasl” klubu ilə, dünən. yəni fevralın 24-ü gecəsi üz-üzə gəldi. İlk oyundakı böyük hesablı məğlubiyyətin (6:1) kölgəsində keçən matç, proqnozlaşdırıldığı kimi ingilislərin üstünlüyü ilə başlasa da, Ağdam təmsilçisinin göstərdiyi xarakter gecəyə damğa vurdu.
Kabus kimi başlanğıc: 6-cı dəqiqədə iki qol
Oyun “Qarabağ” üçün heç də ürəkaçan başlamadı. İtaliyalı hakim Davide Massanın start fiti ilə hücuma atılan “sağsağanlar”, cəmi bir neçə dəqiqə ərzində “Sent-Ceyms Park”ı ayağa qaldırdılar. 5-ci dəqiqə: Sandro Tonali meydan sahiblərini önə keçirdi. 6-cı dəqiqə: Şokdan ayılmağa macal tapmayan “Qarabağ” qapısında ikinci qolu gördü; Joelinton hesabı 2:0 etdi.
İlk hissənin bu tempdə keçməsi hamıda daha böyük hesablı məğlubiyyət qorxusu yaratsa da, Qurban Qurbanovun yetirmələri fasiləyə qədər müdafiədəki boşluqları qismən bərpa edə bildilər.
İkinci Hissə: “Qarabağ”ın geri dönüş cəhdi
Fasilədən sonra meydanda tamam başqa bir “Qarabağ” var idi. İkinci hissəyə daha cəsarətli başlayan komandamız, İngiltərə nəhəngini müdafiə olunmağa məcbur etdi.
Kamilo Durandan ümidli başlanğıc
2-ci hissənin başlanğıcında, 51 -ci dəqiqədə səhnəyə çıxan Kamilo Duran, rəqib qapısına yol taparaq, fərqi minimuma endirdi (2:1). Bu qol matça yeni bir nəfəs, ümid gətirsə də, “Nyukasl”ın cavabı gecikmədi və hesab 3:1 oldu.
Penalti dramı və Elvin Cəfərquliyevin əzmkarlığı
57-ci dəqiqədə matçın ən maraqlı, ən dramatik anlarından biri yaşandı. “Nyukasl” futbolçusunun cərimə meydançasında əllə oynaması nəticəsində təyin olunan penaltini Marko Yankoviç yerinə yetirdi. Rəqib qapıçı zərbəni dəf etsə də, topa hamıdan tez çatan Elvin Cəfərquliyev rəqib qapısını silkələyərək hesabı 3:2-yə gətirdi.
Məğlubiyyətin o biri üzü: “Qarabağ” İngiltərədə xarakter nümayiş etdirdi
“Qarabağ” turnirlə vidalaşsa da, İngiltərədə “Nyukasl” kimi birkomandaya qarşı 2 qol vurmaq və oyunun böyük bir hissəsində bərabərsəviyyəli mübarizə aparmaq təqdirəlayiqdir.
“Nyukasl” 1/8 finala yüksələrək yoluna davam edir. “Qarabağ” isə bumövsümkü Avropa dastanını başı uca şəkildə tamamladı və necə deyərlər, qapını da arxasınca möhkəm çırpdı.
Səbinə BAĞIROVA
