Qrenlandiyanın baş naziri: ABŞ adanı almayacaq

Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen bildirib ki, ABŞ adanı almayacaq və onların gələcəyini qrenlandiyalılar özləri müəyyən edəcək.

“Prezident Tramp deyir ki, ABŞ Qrenlandiyanı alacaq. Mən açıq deyim: ABŞ bunu almayacaq. Biz heç kimə aid deyilik. Gələcəyimizi özümüz müəyyənləşdiririk”, – Nilsen sosial şəbəkədə yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “NBC News”-a müsahibəsində ABŞ-ın “Qrenlandiyanı alacağına” “yüz faiz” əmin olduğunu bildirib. O, adanı hərbi güc tətbiq etmədən əldə etməyə ümid etdiyini də qeyd edib, lakin hər hansı variantı istisna etməyib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens bu həftə Qrenlandiyaya səfər edib. Adanın şimalındakı Amerikanın Pittufik bazasında çıxışı zamanı o, Qrenlandiyanın ABŞ-a mümkün birləşdirilməsindən də danışıb.

ELBAR

Xəbəri paylaş

20 İyul