Əsas məzmuna keç

Qreta Tunberq və 70-dən çox “Sumud” donanmasının fəalı İsraildən çıxarılacaq

Fələstin tərəfdarı olan “Sumud” donanmasının 70-dən çox üzvü, o cümlədən Greta Tunberq bazar ertəsi İsraildən deportasiya ediləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, İsrail hakimiyyəti əksəriyyəti Yunanıstana göndəriləcək doqquz isveçli, 28 fransız, 27 yunan və 15 italyanı ölkədən çıxarmağı planlaşdırır.

40-dan çox gəmidən ibarət bu donanma Qəzza blokadasını yarmağa və Zolağa humanitar yardım çatdırmağa cəhd etdikdən sonra İsrail hərbçiləri tərəfindən ələ keçirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…