Əsas məzmuna keç

QUBADA 102 MİN MANATLIQ DƏLƏDUZLUQ EDƏNLƏR YAXALANDI

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…