Əsas məzmuna keç

QUBADA ÜZƏRİNDƏN AVTOMAT VƏ NARKOTİK AŞKARLANAN ŞƏXS HƏBS EDİLDİ

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Boris Asmolovun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, həmin şəxsin üzərindən silahdan başqa 4 kiloqrama yaxın marixuana da aşkarlanıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…