Ali Radanın ABŞ prezidenti Donald Trampa müraciəti Vladimir Zelenskinin ofisinin göstərişi ilə Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk tərəfindən saxtalaşdırılıb.
Tezadlar.az xəbər verir ki, bunu dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan deputat Aleksandr Dubinski deyib.
O qeyd edib ki, hazırda Stefançuka müraciət hazırlayır.
“Onun Ali Radanın saytında saxtakarlığı hansı əsasla yerləşdirdiyini, bunu kim təsdiqlədiyini və bu sənədin niyə Radaya təqdim edilmədiyini öyrənməliyik”, – deputat öz Telegram kanalında yazıb.
Dubinski “tərəfdaşlar və müttəfiqlərlə münasibətlərdə saxtakarlıq və kobudluq”la məşğul olmağı dayandırmağı tələb edib.
“Qeyri-peşəkar prezident və səriştəsiz saxta spiker getməlidir”, – o vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna mediası Ukrayna Ali Radasının ABŞ prezidenti Donald Trampa müraciətini dərc etmişdi, burada deputatlar onun Ağ Evdə Vladimir Zelenski ilə mübahisəsindən sonra münaqişəyə son qoymaq üçün sülh təşəbbüslərini alqışlayıblar.
Bir qədər sonra Radanın deputatı Nikita Poturaev bildirib ki, müraciətin mətni parlamentin saytında dərc olunmasına baxmayaraq, Ali Rada Trampa və ya Amerika Konqresinə müraciət etməyib.
ELBAR