Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayətş uzun mübahisələrdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. Tezadlar.az adının çəkilməsini istəməyən qurumdakı mənbəyə istinadla bildirir ki, idarə heyətin son iclası qalmaqallı keçib və sonda sədr postuna bir neçə iddualı namizəd olsa da, hələlik iki namizədin adını xüsusi qeyd edilib. Onlardan biri Xalq artisti Şəfiqə Məmmədova və digəri isə rejissor Əli İsa Cabbarovdur. Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna isə cavab olaraq bildirilib ki, sədrliyə namizədlər in son siyahısı konfransa yaxın vaxtda mətbuata açıqlanacaq. Lakin nizamnaməsinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək və sədr postuna əsas namizəd də onda müəyyənləşəcək.