30 Dekabr 2025 / 12:51

Rayonun başçısı prezidentə hesabat verə bilər, Röyaya yox!

…Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Röya Ayxan qarşısında görülmüş işlərlə bağlı məruzə edir… Bu mənzərə cəmiyyətdə haqlı suallar yaradır. Günlərlə, bəzən aylarla icra hakimiyyətlərinin qapılarında qəbul növbəsi gözləyən, dərdini anlatmağa imkan tapmayan vətəndaşlar varkən, icra başçılarının şou nümayəndələrinin qarşısında rəsmi protokol qaydalarına uyğun şəkildə dayanaraq hesabat verməsi anlaşılmazdır.
Söhbət Röya Ayxandan getmir. O, öz sahəsində bir  ifaçıdır və cəmiyyətdə tanınmış simadır. Həmçinin, məmurun müğənni ilə səmimi görüşü, xatirə şəkli çəkdirməsi və ya mədəni tədbirdə bir araya gəlməsi normal qarşılana da bilər. Problem başqa yerdədir. Problem ondadır ki, dövlət məmuru üçün əsas ölçü meyarı populyarlıq yox, məsuliyyətdir. İcra başçısı öz fəaliyyətinə görə səhnə adamına deyil, onu bu vəzifəyə gətirən dövlətə və hər gün problemlə üz-üzə qalan vətəndaşa hesabat verməlidir. Yəni, dövlət qurumlarının əsas funksiyası PR yaratmaq və ya şou elementlərinə üstünlük vermək deyil, insanların gündəlik sosial, məişət və hüquqi problemlərini vaxtında və ədalətli şəkildə həll etməkdir…
Mahir Xəttab
Tezadlar.az-dan: başçı ölkənin tanınmış elm adamına bu cür hesabat versəydi, daha hörmət və izzətli bir mənzərə alınardı. Amma və lakin…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!