Əsas məzmuna keç

ƏRDOĞAN: “TÜRKİYƏNİN İMPERİALİZMƏ QARŞI MÜBARİZƏSİ QARABAĞDA ÖZÜNÜ GÖSTƏRDİ”

“Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda, Liviyada, Qabarda, Cudidə özünü göstərdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Türkiyənin demokratiya və inkişaf yolu 2 əsrlik bir uğur hekayəsidir. Bu, özündə imperealist güclərə qarşı mübarizəni ehtiva edir. Bunu Qarabağda, Liviyada, Qabarda, Cudidə terror təşkilatlarına qarşı mübarizə zamanı təsdiqlədik”, – deyə o söyləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…