Əsas məzmuna keç

Rəşad Mustafayev Zərdabda vətəndaşların müraciətlərini dinləyib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iyulun 31-də Zərdab rayonunda sakinləri qəbul edib.

Bu barədə Tezadlar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciətləri cavablandırılıb.

Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın