“Biz Gürcüstanla münasibətləri bərpa etməyə hazırıq, Tbilisi nə qədər hazırdırsa, o qədər də gedəcəyik”. Tezadlar.az “ORT1″ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin kəsilməsi Rusiyaya görə yox, “o vaxtkı prezident Mixeil Saakaşvili rejiminin” günahı olub. Sitat: “Biz əlaqələri bərpa etməyə hazırıq, gürcü tərəfi getməyə hazır olduğu qədər getməyə də hazırıq. Burada bizim üçün heç bir məhdudiyyət yoxdur. Bu əməkdaşlıq üçün böyük imkanlar var. Rusiya bir çox sahələrdə, xüsusən şərab istehsalı və meyvə baxımından Gürcüstan üçün əsas bazar olaraq qalır. Digər tərəfdən, Rusiya Gürcüstana enerji və taxılın aparıcı təchizatçısıdır”.
Rəsmi Tbilisi isə Rusiya ilə əlaqələrin bərpası üçün şərtlərini hələ ötən ildən açıqlayıb. Bu şərtlərin ən vacibi kimi, Rusiyanın işğal etdiyi ərazilərdən qoşunlarını geri çəkməsi göstərilir. Hansı ki, Rusiya Gürcüstan ərazisindı iki separatçı rejim- qondarma respublika yaradıb, hər il orada “prezident” seçkiləri keçirilir…
A.Məmmədli