Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Noyabr 2025 / 07:42

Ronaldo posterə salınmadı, azarkeşlər etiraz etdi

Futbol üzrə 2026-cı il dünya çempionatının ilk rəsmi posteri FIFA tərəfindən azarkeşlərin kəskin tənqidlərindən sonra geri çəkilib.

Tezadlar.az xəbər verir ki, narazılığa səbəb Portuqaliya millisinin kapitanı, rekordçu hücumçu Kriştianu Ronaldonun posterə daxil edilməməsi olub.

Qeyd edək ki, FIFA tərəfindən yayımlanan afişada mundiala vəsiqə qazanan 42 komandanın hər birindən bir futbolçu təsvir olunmuşdu. Lakin Portuqaliyanı təmsil edən oyunçu Ronaldonun özü deyil, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes idi. Bu isə geniş müzakirələrə səbəb olaraq sosial şəbəkələrdə ciddi etirazlarla qarşılanıb.

Xatırladaq ki, Portuqaliya yığması DÇ-2026-nın seçmə mərhələsinin F qrupunu 13 xalla birinci pillədə başa vuraraq tarixində 9-cu dəfə mundialın final mərhələsinə yüksəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!