Əsas məzmuna keç

ROQOV USQ-NİN ZAPOROJYE VİLAYƏTİNDƏKİ İTKİLƏRİNİ AÇIQLAYIB

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya qüvvələrinin bölgədə aktivləşməsindən sonra Zaporojye vilayətində hər gün 200-ə qədər döyüşçünü itirir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.

“Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri gündə 80, 120, 150 və hətta 200 nəfəri itirir”, – Roqov deyib.

Bundan əvvəl Roqov Ukrayna ordusunun 128-ci briqadasının bölgədəki komanda məntəqəsinin Rusiya hərbçiləri tərəfindən məhv edilməsindən danışıb. Onun sözlərinə görə, əvvəllər adıçəkilən bölmədə komanda heyətində itki olmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…