Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hava Hücumundan Müdafiə qüvvələri Rostov vilayətində PUA-nın hava hücumunu dəf edib.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar məlumat verib.
“Gecə hava hücumundan müdafiə qüvvələri düşmənin hava hücumunu dəf edərək, Kamensk-Şaxtinskidə PUA-nı məhv edib”, – Slyusar Telegram kanalında yazıb.
O qeyd edib ki, ilkin məlumatlara görə, PUA-nın hücumu nəticəsində tələfat və dağıntı olmayıb.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, mayın 3-nə keçən gecə Rusiyanın bir sıra regionları üzərində 170 Ukrayna pilotsuz uçan aparatı məhv edilib. Xüsusilə, Rostov vilayəti üzərində 9 PUA vurulub.
E.ŞİRİNOV