19 Mart 2026 / 20:17

Röya Ayxandan nümunəvi addım

Tezadlar.az xəbər verir ki, Xalq artisti Röya Ayxan Novruz bayramı münasibətilə xeyriyyə addımı atıb. Sənətçi Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək veteranları üçün pansionatda (Qocalar evi) konsert proqramı ilə çıxış edib.

Tədbir zamanı sənətçi öz sevilən mahnıları ilə yaşlı sakinlərin könlünü oxşayıb, onlarla rəqs edərək bayram sevincini bölüşüb. Röya Ayxan çıxışında hər kəsin Novruz bayramını təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb. Olduqca səmimi keçən görüşdə müğənni sakinlərlə tək-tək söhbət edib və xatirə şəkilləri çəkdirib.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!