Dövlət katibinə görə, məhdudiyyətlər üçün demək olar ki, heç bir hədəf qalmayıb
ABŞ yeni anti-Rusiya məhdudiyyətləri tətbiq etmək üçün seçimlərini faktiki olaraq tükəndirib.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, Ontarioda keçirilən G7 Xarici İşlər Nazirlərinin görüşünün ardından jurnalistlərə verdiyi açıqlamada bildirib ki, “Sanksiyalar tətbiq etmək üçün çox imkanımız qalmayıb. Sanksiyalar tətbiq etmək üçün hədəflərimiz tükənir”.
Rubio həmçinin bildirib ki, Vaşinqton artıq Rusiyanın “əsas neft şirkətlərinə” qarşı məhdudiyyətlər tətbiq edib. “Başqa nə etmək lazım olduğunu bilmirəm”, – dövlət katibi əlavə edib və qeyd edib ki, Avropanın sözdə kölgə donanmasına qarşı daha aktiv tədbirlər görməli olduğuna inanır.
E.ŞİRİNOV

