Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 May 2025 / 09:24

Rumıniyada təkrar prezident seçkiləri başlayır

Rumıniyada təkrar prezident seçkiləri başlayıb. 19 minə yaxın seçki məntəqəsi açılıb. Keçən il dekabrın əvvəlində Konstitusiya Məhkəməsi müstəqil namizəd Kalin Georgescu və Rumınların Xilaskarlığı Uğrunda Liberal Mütərəqqi İttifaqının rəhbəri Elena Laskoninin öndə getdiyi seçkilərin birinci turunun nəticələrini ləğv etdikdən sonra təkrar səsvermə təyin edilib.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, seçkilərin ləğv edilməsinə səbəb səsvermə zamanı pozuntularla bağlı məlumatların ortaya çıxması olub. Bu məsələyə baxılan iclas beş saat davam edib. Seçkilərdə iştirak etmək üçün həm siyasi partiyaların nümayəndələri, həm də müstəqil namizədlər daxil olmaqla 11 namizəd qeydə alınıb. Prezident postuna namizədlər arasında “Rumıniya İrəli” Alyansından Corc Antonesku, Rumınların Xilasetmə İttifaqından Yelena Laskoni, Silviu Predoyu (Milli Fəaliyyət Liqası), Corc Simion (Rumınların Birliyi Uğrunda Alyans) və başqaları var.

Namizəd qalib gəlmək üçün səslərin 50%-i üstəgəl bir səs toplamalıdır. Əgər birinci turda qalib müəyyənləşməsə, ikinci tur mayın 18-də keçiriləcək. Mərkəzi Seçki Bürosu Kalin Georgeskunun seçkilərdə iştirakını rədd edib. Rumıniya mənbələri Georgeskunu Rusiyanın tərəfdarı adlandırır. O, prezident seçkilərinin birinci turunda 22,94 faiz səslə qalib gəlib. Bundan əvvəl Rumıniya parlamentinin senatoru və S.O.S. Rumıniya partiyası Diana Şoşoake ABŞ prezidenti Donald Trampı Rumıniyada keçiriləcək prezident seçkilərinin legitimliyini tanımamağa çağırıb, çünki bəzi namizədlərin seçki prosesində iştirakına icazə verilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!