Rus musiqisinə görə amansız qətl

Oxunma sayı: 511

Kiyevdə iki gənc 29 yaşlı dostunu vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Tezadlar.az xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, münaqişə rus musiqisi səbəbindən baş verib.

Ukrayna Milli Polisinin məlumatına görə, saxlanılan şəxslər 21 və 22 yaşlı İvano-Frankovsk vilayətinin yerliləri olublar. Onlar bu yaxınlarda iş dalınca Kiyevə gəliblər, qurbanı küçədə qarşılayıblar və onu içki içmək üçün evlərinə dəvət ediblər.

Toplaşan zaman gənclər arasında mübahisə yaranıb və təqsirləndirilən şəxslər qonağı bıçaq və metal tava ilə döyüblər.

“Zərərçəkənin döş qəfəsinə, kürəyinə və üzünə 20-dən çox zərbə endirilib, nəticədə o, hadisə yerində ölüb”, – məlumatda deyilir.

Eyni zamanda, Ukrayna mətbuatı davanın qonağın müttəhimlərdən açdıqları rus musiqisini söndürməyi tələb etməsi səbəbindən baş verdiyini yazıb.

ELBAR

Xəbəri paylaş

19 May