Əsas məzmuna keç

RUSİYA FİNLANDİYA VƏ İSVEÇİ NÜVƏ RAKETİ İLƏ HƏDƏLƏDİ

“Roskosmos”un rəhbəri Dmitri Roqozin NATO-ya daxil olarsa, Finlandiya və İsveçə strateji raket sisteminin vurulacağı ilə bağlı “zarafat edib”.

Tezadlar.az  “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Roqozin özünün Telegram səhifəsində paylaşım edib. Sitat: “Rusiyanın Finlandiya və İsveçə qarşı heç bir düşmən niyyəti yoxdur”, -deyə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. “Sarmat”ın da NATO ölkələrinə qarşı qərəz və düşmənçilik niyyəti yoxdur.
Bu, sadəcə bir zərurətdir”.
Xatırladırıq ki, RS-28- “Sarmat” beşinci nəsil Rusiya istehsalı olan strateji raket sistemidir və ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir. 

Rusiyanın isə Ukraynaya qarşı müharibəsi davam edir…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…