Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Təkcə son sutka ərzində Ukrayna müdafiəçiləri 650-yə yaxın rus işğalçısını, 21 artilleriya sistemini, 12 zirehli döyüş maşını, 7 tank və 1 helikopteri məhv ediblər.
Tezadlar.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsinə istinadla bildirir ki, 24.02.22-dən 22.06.23-dək rusların ümumi döyüş itkiləri təxminən belədir:
canlı qüvvə – təxminən 222 650 (+650) nəfər,
tanklar – 4,013 (+7) ədəd,
zirehli döyüş maşınları – 7783 (+12) ədəd,
artilleriya sistemləri – 3,941 (+21) ədəd,
MLRS – 617 (+2) vahid,
hava hücumundan müdafiə sistemləri – 376 (+1) ədəd,
təyyarə – 314 (+0) ədəd,
helikopterlər – 307 (+1) ədəd,
Əməliyyat-taktiki səviyyəli PUA-lar – 3438 (+10) ədəd,
qanadlı raketlər – 1214 (+0) ədəd,
gəmilər/qayıqlar − 18 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər – 6,678 (+11) ədəd,
xüsusi texnika – 539 (+0) ədəd və sair…
Müharibə isə davam edir.
Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin son günlər Ukrayna ordusunun əks-hücumunun dayandırıldığına münasibət bildirib. Putin deyib ki, bu Ukrayna ordusunun silah-sursat çatışmazlığındandır… Ukrayna tərəfi isə bunu başqa səbəblərlə əlaqələndirir…
Müharibə isə davam edir.
XALİQ