Əsas məzmuna keç

RUSİYA ORDUSU USQ-NİN XERSON YAXINLIĞINDAKI HİSSƏSİNƏ ZƏRBƏLƏR ENDİRİB

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, martın 31-nə keçən gecə Rusiya artilleriyası Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson yaxınlığındakı texnikasının dayanacağına hücum edib.

Zərbə Olqovka şəhəri yaxınlığında endirilib. Ukrayna Silahlı Qüvvələri 12 texnikasını və 23 hərbçisini itirib, 12 hərbçi isə yaralanıb.

Həmçinin martın 30-da Rusiya Silahlı Qüvvələrinin (SQ) artilleriyası Xerson rayonunun Kamışanı kəndi yaxınlığında 120 mm-lik minaatan və ekipajı döyüş sursatı ilə məhv edib. Agentlik xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 6 ölü və 2 yaralı olub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…