Əsas məzmuna keç

RUSİYA RAKET ATDI, PUTİNƏ MƏRUZƏ EDİLDİ

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Plesetsk kosmodromunda silosdan “Sarmat” qitələrarası ballistik raketinin sınaq buraxılışı həyata keçirilib. Sınaq barədə prezident Vladimir Putinə məruzə edilib və buraxılışın videosu nümayiş olunub.

Tezadlar.az RİA Novosti -yə istinadən bildirir ki, bu barədə rəsmi Kreml məlumat yayıb:  “Dünyada analoqu yoxdur və uzun müddət olmayacaq. Bu unikal silah Silahlı Qüvvələrimizin döyüş potensialını gücləndirəcək. Bu, Rusiyanın təhlükəsizliyini xarici təhdidlərdən etibarlı şəkildə təmin edəcək”.

CNN yazır ki, əslində, bu hadisə Ukraynadakı müharibədə maraqlı olan ölkələrə dirəniş göstərmək məqsədi daşıyır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…