Əsas məzmuna keç

RUSİYADA TƏYYARƏ QƏZASI- ÖLƏN VAR

Bir neçə saat əvvəl Rusiyanın Krasnodar diyarında An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

tezadlar.az. CNN-Türk-ə istinadla  bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. Sitat: “An-2 təyyarəsi eniş zamanı elektrik xətti ilə toqquşma nəticəsində qəzaya uğrayıb. İlk xilasedici bölmələr hadisə yerinə çatdıqdan sonra An-2 təyyarəsinin alovlanmadan qəzaya uğradığı müəyyən edilib”, – Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, yerdə tələfat və dağıntı yoxdur. Lakin Ria Novosti məlumat yayıb ki, tələfat artmaqdadır…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…