
Rusiya Ukraynadakı işğalçılıq müharibəsində artıq 28 min 700 əsgər, 1263 tank, 596 artilleriya sistemi, 204 təyyarə və 168 helikopter itirib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-dakı paylaşımında bəyan edib. Məlumatda itkilərin siyahısı da verilib. Sitat:
28.700 (+200) nəfərə yaxın şəxsi heyət,
tanklar – 1263 (+9) ədəd,
zirehli döyüş maşınları – 3090 (+27) ədəd,
artilleriya sistemləri – 596 (+1) ədəd,
MLRS – 200 (+1) vahid,
hava hücumundan müdafiə sistemləri – 93 (+0) ədəd,
təyyarə – 204 (+1) ədəd,
helikopterlər – 168 (+1) ədəd,
İHA əməliyyat-taktiki səviyyəsi – 460 (+5) ədəd,
qanadlı raketlər – 103 (+0) ədəd,
gəmilər / qayıqlar – 13 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər – 2162 (+5) ədəd,
xüsusi texnika – 43 (+0) ədəd.
Ötən sutka ərzində düşmənin ən böyük itkiləri Baxmut istiqamətində olub. Burada hərbi texnika və canlı qüvvə məhv edilib. Rusiyanın hərbi-siyasi rəhbərliyinin isə nə vaxtadək müharibənin davam edəcəyi bəlli deyil. Hərbi ekspertlər belə davam edərsə, müharibənin hələ uzun müddət davam edəcəyini bildirirlər…
A.Məmmədli






