Rusiya Bosniya XİN rəhbərinin alman nazirə hücumda iştirakı ilə bağlı iddialarını rədd edir

Oxunma sayı: 138

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bosniya və Herseqovina Xarici İşlər Nazirliyinin rəhbəri Elmedin Konakoviçin Rusiyanın alman nazirə hücumda iştirakı ilə bağlı bəyanatını dezinformasiya adlandırıb.

Tezadlar.az xarici mətbuata istinadən bildirir ki, Rusiyalı diplomat Konakoviçin Bosniyaya səfəri zamanı Rusiyanın Almaniyanın Avropa məsələləri üzrə naziri Anna Lyurmanna qarşı hansısa hücumda iştirak etməsi ilə bağlı ittihamına belə cavab verib.

“Biz mövcud olmayan “Rusiya təhlükəsi”ni şişirtməyə yönəlmiş bu eyhamları qətiyyətlə rədd edirik. Biz təklif edirik ki, dezinformasiya müəllifləri təxribatlardan əl çəksinlər və öz hərəkətlərini Rusiya ilə dostluq münasibətlərini inkişaf etdirməyə çalışan ölkə xalqlarının real istəkləri ilə əlaqələndirsinlər”, – deyə Zaxarova bildirib.

O, Bosniya XİN rəhbərinin bu cür hərəkətləri ilə Qərbin rəğbətini qazanmağa çalışdığını irəli sürüb. Diplomat bununla da biabırçı rusofobiya nümayiş etdirdiyini vurğulayıb.

“Hər halda, ən azı yöndəmsiz olduğu ortaya çıxdı. Amma necə deyərlər, söz sərçə deyil”, – Zaxarova yekunlaşdırıb.

Bundan əvvəl, aprelin 9-da Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Annalena Baerboka Keniqsberqin Qırmızı Ordu tərəfindən tutulmasının ildönümü münasibətilə öz salamlarını göndərmişdi.

ELBAR

Xəbəri paylaş

24 May