Kursk vilayətinin Oleşnya kəndinin kənarında şiddətli döyüşlər gedir; Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Ukrayna Silahlı Qüvvələrini (USQ) sıxışdırır.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik qüvvələri məlumat verib.
“Oleşnya kəndinin kənarında şiddətli döyüşlər gedir. Düşmən zirehli texnikadan fəal istifadə edir”, – agentliyin həmsöhbəti bildirib.
Həmsöhbətin sözlərinə görə, hücum qrupları ukraynalı döyüşçüləri məskunlaşan ərazidən sıxışdırıb çıxarır, pilotsuz uçuş aparatlarının operatorları və artilleriyaçılar ukraynalı döyüşçülərin döyüş maşınlarını yandırır.
Aprelin 2-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının (TŞ) Arria Formulasına dair qeyri-rəsmi iclasında deyib ki, Rusiya qoşunlarının əməliyyatı nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən tələsik qaçması Kiyevdən cinayətlərinin izini gizlətmək üçün vaxt buraxmayıb.
ELBAR