Əsas məzmuna keç

Rusiya hərbçiləri Sudjadan 700-dən çox insanı təxliyə edib

Martın 10-dan bəri Rusiya hərbçiləri Sudjan sərhəd bölgəsindən 700-dən çox insanı təxliyə edib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik qüvvələri məlumat verib.

“Döyüşçülər vətəndaşlarımızı təxliyə etməyə davam edir: martın 10-dan bəri Sudja sərhəd bölgəsindən 713 nəfər təhlükəsiz ərazilərə aparılıb”, – agentliyin həmsöhbəti bildirib.

Aprelin 1-də Kursk vilayəti hökumətinin mətbuat xidməti bildirib ki, martın 12-dən bəri Sudjadan 690-dan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

ELBAR

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…