NATO üzvü olan ölkələr arasında Rusiya ilə münasibətlərin yenidən nəzərdən keçirilməsinə dair danışıqlar bir neçə aydır ki, dayandırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Euractiv” portalı diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar apararkən, NATO-nun Rusiya ilə münasibətlərinə yenidən baxılması ilə bağlı bütün müzakirələr dayandırılıb.
“Biz bu barədə danışmırıq”, – portal diplomatın sözlərini sitat gətirib.
ABŞ prezidenti Donald Trampın nə istədiyi bəlli deyil, indiki mərhələdə “biz bilmirik”, – başqa bir diplomat deyib.
ELBAR