Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hava hücumu həyata keçirib. Tezadlar.az “Ukrainska Pravda”ya istinadla bildirir ki, hücumların əsas hədəflərindən biri Kiyev olub. Şəhərin müxtəlif rayonlarında yaşayış binaları və mülki obyektlərə ziyan dəyib, yanğınlar baş verib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Podolsk rayonunda qeyri-yaşayış obyektləri və avtomobillər yanıb. Raket qalıqlarının yaşayış binasının damına düşməsi nəticəsində yanğın baş verib, pəncərələr sınıb. Şəhər meri Vitali Kliçko isə bildirib ki, Podolsk, Obolon və Svyatoşin rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Darniçki rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində, Şevçenko rayonunda isə 24 mərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Solomenski rayonunda da yaşayış binasına ziyan dəyib. Podolsk rayonunda doqquzmərtəbəli yaşayış binasına zərbə nəticəsində konstruksiyalar çöküb və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Ukrayna rəsmilərinin açıqladığı son məlumata əsasən, ölkə üzrə hücumlar nəticəsində azı 5 nəfər həlak olub, 64 nəfər yaralanıb. Dnepr şəhərində isə vəziyyət daha ağır olub. Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksandr Hanjanın sözlərinə görə, raket və dron zərbələri nəticəsində bir neçə yaşayış binası vurulub. Nəticədə azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb. Sitat: “Российская армия в ночь на 2 июня нанесла комбинированный удар по Киеву. В результате атаки в городе вспыхнули пожары, есть поврежденные дома в разных районах города. Погибли четыре человека. Глава Киевской МВА Тимур Ткаченко в соцсетях, городской главаКиева Виталий Кличко: в результате российской атаки в Подольском районе горят нежилые здания. Кроме того, в Оболонском районе возле детского сада упали обломки БПЛА. В другом месте в Оболонском районе зафиксировано возгорание на территории недостроенного здания. “В Подольском районе в результате атаки горят автомобили, по другому адресу обломки ракеты упали на крышу дома, возникло возгорание и выбило окна”.
Vladimir Zelenski rəsmi Moskvanın mülki obyektlərin hədəf olunmasına istiqamətlənmiş bu hərəkətini vandalizm adlandırıb və sərt cavabı olacağını deyib.
A.Məmmədli