Rusiya Ukraynanın MiQ-29 təyyarəsini vurub

Oxunma sayı: 79

Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub. Həmçinin, 24 saat ərzində beş JDAM bombası, yeddi HIMARS mərmisi və 50 Ukrayna pilotsuz təyyarəsi məhv edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava Hücumundan Müdafiə Sistemləri hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini, həmçinin beş JDAM idarəolunan aviabombasını, ABŞ istehsalı olan yeddi HIMARS reaktiv buraxılış raketini və 50 təyyarə tipli pilotsuz uçuş aparatını vurub”, – məlumatda deyilir.

Qeyd olunur ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 657 təyyarə, 283 helikopter, 45 927 pilotsuz uçuş aparatı, 600 zenit-raket kompleksi, 22 097 tank və digər zirehli döyüş texnikası, 1526 reaktiv yaylım atəşi sistemi, 22 artilleriya və xüsusi təyinatlı artilleriya245, hərbi maşınlar məhv edilib.

ELBAR

Xəbəri paylaş

26 Aprel