Rusiya XİN Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsini niyə çağırıb?

Oxunma sayı: 57

Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi kəşfiyyat fəaliyyəti əlamətlərinə görə akkreditasiyasının ləğvi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.

“Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi kəşfiyyat fəaliyyəti əlamətlərinə görə akkreditasiyadan məhrum edilməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, – Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında yerləşdirilmiş məlumatda deyilir.

FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM) TASS-a verilən məlumata görə, Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi və digər britaniyalı diplomatın həyat yoldaşı özləri haqqında yalan məlumat verdiyinə və kəşfiyyat və təxribat işlərində iştirakına dair sübutlara görə Rusiya Federasiyasında akkreditasiyadan məhrum ediliblər. Onlara iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.

ELBAR

Xəbəri paylaş