13 Aprel 2022 / 12:32

RUSİYANIN 4 DİPLOMATI BU SƏBƏBDƏN AVSTRİYADAN QOVULDU

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) persona non-qrata elan etdiyi 4 rus diplomatı ölkəni tərk edib.

TASS xəbər verir ki, bu barədə Avstriya XİN-dən bildirilib.

Nazirlik həmin diplomatları aprelin 7-də persona non-qrata elan etmişdi.

Məlumata görə, onlar diplomatik statusları ilə uzlaşmayan davranışlarına görə qovulublar.

Qeyd edək ki, Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski Vyananın qərarını əsassız və qeyri-dost hərəkət adlandırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!