Rusiyanın enerji obyektinə yeni zərbə endirilməsi barədə məlumat yayılıb

Oxunma sayı: 507

Ukrayna Silahlı Qüvvələri (USQ) Bryansk vilayətində enerji obyektinə hücum edib.

Tezadlar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi yeni hücum barədə məlumat yayıb.

Müdafiə departamentinin məlumatına görə, “ Rosseti Center” ASC-nin “Bryanskenergo” filialının “Xvoşçevskaya” yarımstansiyası atəşə məruz qalıb. Nəticədə, dayaqların aralığında naqil qırıldığı üçün yüksək gərginlikli xətt kəsilib.

Nazirliyin məlumatına görə, nəticədə, Sevski rayonunun bəzi sakinləri işıqsız qalıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanı bir gündə enerji obyektlərinə beş hücumda ittiham edib. Zərbələr Kursk və Zaporojye vilayətlərində, eləcə də Luqansk Xalq Respublikasında infrastruktur obyektlərinə yönəlib.

Kreml dəfələrlə bəyan edib ki, Rusiya martın ortalarında Moskva və Kiyevin enerji infrastrukturuna hücumlardan 30 gün müddətinə imtina etməsi ilə bağlı əldə edilmiş razılaşmadan sonra Ukraynanın enerji obyektlərinə zərbələr endirməkdə moratoriuma riayət etməkdə davam edir.

ELBAR

Xəbəri paylaş

24 May