27 Aprel 2025 / 10:39

Rusiyanın iki bölgəsində raket təhlükəsi elan edilib

Bryansk və Oryol vilayətlərində raket zərbəsi təhlükəsi elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatorları öz Telegram kanallarında məlumat veriblər.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov evdə olan sakinləri möhkəm divarları olan pəncərəsiz otaqlara: koridorda, hamamda və ya anbarda sığınmağa çağırıb. Klıçkov əlavə edib ki, təhlükə elan edilən zaman bir şəxs küçədə olarsa, o, sığınacaq tapmalı və ya ən yaxın binaya getməlidir.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz xatırladıb ki, pəncərələrə yaxınlaşmaq olmaz.

Daha sonra bölgələrdəki raket təhlükəsi ləğv edilib.

Aprelin 26-na keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə Rostov vilayətinə hücuma cəhd edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!