Rusiyanın neft anbarına zərbəsindən sonra Odessa qalın duman buluduna bürünüb

Oxunma sayı: 149

Ukraynanın Odessa şəhəri Rusiya Silahlı Qüvvələrinin gecə vaxtı yerli neft anbarına endirdiyi zərbədən sonra qatı tüstü buludu ilə örtülüb.

Tezadlar.az xəbər verir ki, “Ukraina.ru” Telegram kanalı tərəfindən şəhərin üzərindən dumanın üzdüyünü əks etdirən video yayımlanıb.

Hadisə şahidlərinin çəkdiyi kadrlarda üfüqdə hardansa qalxan və səmaya yayılan qara bulud şəhərin nəzərəçarpacaq hissəsini əhatə edib.

Yanacağın zərbəyə məruz qalmış çəndə yanmağa davam etməsi başqa bir videoda görünür. Görüntülərə əsasən, ən azı üç nöqtədən tüstü yüksəlir.

Yerli sosial şəbəkələr yanğının yaxın vaxtlarda söndürülməsinin çətin olduğunu bildirir və odessalılara pəncərələri bağlamağı tövsiyə edir.

“Yazırlar ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün neft anbarı və onlar üçün “oyuncaqlar” olan anbarlar yanır”, – telekanal qeyd edir.

Bundan əvvəl Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, partlayışlardan sonra şəhərdə yanacaq çəni yanıb.

ELBAR

Xəbəri paylaş

30 Aprel