Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

FTX Rusiya Federasiyasının nəzarət orqanlarından birinin əməkdaşını dövlətə xəyanətə görə saxlayıb.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM) məlumat verilib.
“Rusiya Federasiyasının nəzarət orqanlarından birinin mərkəzi aparatının əməkdaşı dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb”, – İƏM-in məlumatında deyilir.
İstintaqın məlumatına görə, o, Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərə kömək etmək üçün Ukrayna nümayəndələri ilə konfidensial əsasda əməkdaşlıq qurub. “2024-cü ildə saxlanılan şəxs fəal şəkildə Ukrayna tərəfinə Rusiya Federasiyasının sərhədyanı ərazilərində sənaye və energetika obyektlərinin mühafizəsi üzrə aparılan işlər, habelə Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi yerlər barədə məlumat verib”, – FTX qeyd edib.
Rusiya FTX-nin İstintaq İdarəsi faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxs nəzarətə götürülüb.
ELBAR