Əsas məzmuna keç

Rusiyanın raket və kosmik mərkəzi “Flaminqo” ilə vuruldu

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyalar mərkəzi – “Proqres”ə hücum edib.

UNIAN“ın xəbərinə görə, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib.

Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub.

Ukrayna ordusu Samaradakı “Proqres” mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib.

“Soyuz-2” isə Rusiyanın “Rassvet” internet peykinin kosmosa yerləşdirilməsi üçün istifadə olunur.

Bundan başqa, Ukraynanın hücumları nəticəsində Nijni Novqorod bölgəsində “Savasleyka” aerodromunda da partlayışlar və yanğın baş verib.

Bu aerodromda “MIG-31K” qırıcı təyyarələrinin yerləşdiyi qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…