Əsas məzmuna keç

Rusiyaya təzyiq göstərmək üçün Tramp Zelenskiyə “hə” deyib

İndi məlum olur ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi söhbətində Rusiyanı danışıqlar masasına əyləşdirmək məqsədilə daha qətiyyətli addımların atılmasını dəstəklədiyini bildirib. Bu barədə “The Kyiv Independent” nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Tezadlar.az xəbər verir ki, məlumata görə, söhbət zamanı Rusiyaya təzyiqlərin artırılması və bu istiqamətdə “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri ilə koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub. Bunun ardınca Zelenskinin komandası Trampa ABŞ ərazisində Ukrayna və Rusiya liderlərinin iştirakı ilə sammit keçirməyi təklif edib. Nəşrin istinad etdiyi yüksəkvəzifəli ukraynalı rəsmisinin sözlərinə görə, “Donald Tramp bu ideyanı bəyənib”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…