Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dünən Ukrayna ordusu Donetsk vilayətinin üç yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib və Luqansk vilayətinin Kremennaya şəhərinə doğru irəliləyir.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığında yerləşən Zareçnoye və Torskoye yaşayış məntəqələrini azad ediblər. Rusiya hərbçiləri məhz bu yaşayış məntəqələri vasitəsilə Liman şəhərini silah və şəxsi heyətlə təchiz edə bilirdilər.
Agentlik Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəlisinə istinad edərək bildirir ki, Ukrayna ordusu Donetsk vilayətinin Torskoye kəndini də Rusiya hərbçilərindən azad edib. Bu barədə isə Ukrayna ordusunun Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatov bildirib.
Döyüşlərin isə davam etdiyi bir vaxtda Rusiyadan xarici ölkələrə qaçanların sayı artmaqdadır.
A.Məmmədli