Əsas məzmuna keç

RUSLAR ZAPOROJYE VİLAYƏTİNDƏ KOMENDANT SAATINI GÜCLƏNDİRİBLƏR

Rusiya silahlı qüvvələri Zaporojye vilayətində rejim-inzibati tədbirləri gücləndirirlər.

“Rusiya işğalçıları Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rejim və inzibati tədbirləri gücləndirməkdə davam edir. Vasilievkada işğalçılar bu il dekabrın 28-dən 2023-cü il yanvarın 04-dək komendant saatı tətbiq ediblər”, – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da bildirib.

Eyni zamanda bildirilir ki, fövqəladə hallar işçilərinə xüsusi vəsiqələr verilir, yerli sakinlərə evlərini tərk etmək və kənd ətrafında hərəkət etmək qadağan edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…