
Genişmiqyaslı hücumların başlanğıcından bəri Ukrayna qoşunları artıq 60,1 mindən çox rus döyüşçüsünü məhv edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən rusların ümumi döyüş itkiləri təqribən 60 110 nəfər təşkil edib, son sutka ərzində daha 500-ə yaxın döyüşçü məhv edilib.
Bundan əlavə, rusların itkiləri:
tanklar – 2 377 (son sutkada 23);
zirehli döyüş maşınları – 4 975 (gündə 26);
artilleriya sistemləri – 1405 artilleriya sistemi (gündə 8);
çoxsaylı buraxılış raket sistemləri – 337 (gündə 1);
hava hücumundan müdafiə vasitələri – 176;
təyyarə – 264;
hedikopterlər – 227 (gündə 1);
əməliyyat-taktiki səviyyəli pilotsuz təyyarələr – 1015 (gündə 6);
qanadlı raketlər – 246;
gəmilər/qayıqlar – 15;
avtomobil avadanlığı və tankerlər – 3796 ədəd (gündə 10 ədəd);
xüsusi texnika – 131 ədəd.
Qeyd olunur ki, ruslar son sutka ərzində ən böyük itkini Kramatorsk və Baxmut istiqamətlərində verib.
E.ŞİRİNOV






