Saakyan Qarabağa gətirilən silahların hansı ölkədən gətirildiyini açıqlayıb

Oxunma sayı: 18

Bako Saakyan martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmədə Qarabağa gətirilən silah-sursatın Ermənistan Respublikasından gətirildiyini deyib.

Tezadlar.az  xəbər verir ki, o, işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualı da cavablandırarkən vurğulayıb ki,  “Dağlıq Qarabağ”ın “büdcə”sində və “ordusu”nda elə  bir xərcləri olmayıb:” Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan “kreditlərə” aidiyyəti yox idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının

Xəbəri paylaş

18 Aprel