Əsas məzmuna keç

“Sabah” – azarkeş ərzaqlarını stadiona buraxmadığına görə xəbərdarlıq aldı

AFFA “Sabah” klubuna xəbərdarlıq edib.

Tezadlar.az xəbər verir ki, buna səbəb Premyer Liqanın 12-ci turunda “Şamaxı” ilə matçda tamaşaçılar tərəfindən gətirilmiş, lakin gətirilməsi qadağan olunmamış əşyaların stadiona buraxılmamasıdır.

Federasiya əşyalara qadağa qoyan Masazır klubunu eyni hal təkrar olunacağı halda cəzalandıracaq.

Qeyd edək ki, “Sabah” – “Şamaxı” oyununda meydan sahibləri stadiona təhlükəsizliyə təhdid yaratmayan ərzaqlar gətirdiyi halda onları stadiona buraxmamışdı. Bu da azarkeşlərin etirazına səbəb olmuşdu.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…