Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2026 / 23:45

Sabaha avtomobil yollarında çətin hava şəraiti proqnozlaşdırılır

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Tezadlar.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!