Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vyetnamda iyulun 1-dən etibarən sosial mediada saxta, yalan və böhtan xarakterli məlumat yayan istifadəçilərə 20 milyondan 30 milyon Vyetnam donqunadək (794–1190 ABŞ dolları) cərimə tətbiq ediləcək.
Tezadlar.az xəbər verir ki, yeni qaydalar müəllif hüquqlarını pozan materialların, zorakılığı əks etdirən görüntülərin, qadağan olunmuş məzmunun və ölkənin suverenliyini təhrif edən xəritələrin paylaşılmasına da şamil olunur.
Bundan əlavə, tarixi təhrif edən, milli birliyi pozan, dini və irqi ayrı-seçkiliyi təşviq edən, eləcə də ictimai panikaya səbəb olan yalan məlumatlar yayan şəxslər 30 milyondan 50 milyon Vyetnam donqunadək (1190–1984 ABŞ dolları) cərimələnəcəklər.
Yeni tələblər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.