23 May 2026 / 12:21

Sabunçu rayonunda bu küçələr təmir olunub

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən bir çox küçələrdə təmir işləri aparılıb.

Belə ki, Sabunçu rayon icra hakimiyyətinin təşəbbüsü, Bakıxanov bələdiyyəsinin maliyyə dəstəyi ilə Bakıxanov qəsəbəsi ərazisində yerləşən Leyla Məmmədbəyova, Zabrat, Eldar Xəlilov və 4-cü Yavər Əliyev küçələrində yol infrastrukturunun bərpası və yenilənməsi istiqamətində işlər həyata keçirilib, yeni asfalt örtüyü çəkilib.

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, sədr müavini Vüsal Əziz-zadə, Sabunçu RİH başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədovun rəhbərliyi altında layihə çərçivəsində məhlədaxili yolların abadlaşdırılması gediş-gəlişin asanlasmasında müstəsna rol oynayır.

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!