Əsas məzmuna keç

Sakin: Şəki şəhərinin şəhərsalma mədəniyyəti yüksək qiymətləndirilib

Şəki şəhərsalma mədəniyyəti yüksək səviyyədə inkişaf etmiş şəhərdir.

Tezadlar.az ın Şimal-qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə mayın 5-də Şəkidə keçirilən WUF13 Festivalında iştirak edən şəhər sakini Aynurə Yusubova bildirib.

O, təşkilatçılığı yüksək səviyyədə qiymətləndirib:

“Festival Azərbaycanın dilbər guşələrindən biri olan Şəki şəhərində keçirilir. Çox sevindirici haldır ki, biz bu festivalda iştirak edirik. Bildiyiniz kimi, Şəki şəhərsalma mədəniyyəti yüksək səviyyədə inkişaf etmiş şəhərdir. Bu qədim dövrlərdən ənənəvi şəkildə davam edir. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi şəhərimiz üçün gələcəkdə çox böyük yeniliklərə səbəb olacaq”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…