Əsas məzmuna keç

Sakinlər istilik qiymətlərinin artmasından qəzəblənirlər

Estoniyanın Narva şəhərinin sakinləri qışdan əvvəl istilik qiymətlərinin artmasından qəzəblənirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli ERR nəşri məlumat verib.

Nəşrin məlumatına görə, qaza məcburi keçid səbəbindən istilik xərcləri kəskin şəkildə artıb.

Nəşr bildirir ki, “Soyuq havaların başlaması ilə evlərin istiləşməsi ailənin ayrıca narahatlığına çevrilir. Hər bir hesabın arxasında təxirə salınmalı olan ayrı bir büdcə, alış-verişlər dayanır.”

Bir sakin ümidsiz vəziyyətdən şikayətlənib.

“İstəsəniz də, istəməsəniz də, yaşamaq istəsəniz, pul ödəməlisiniz. Başqa seçim yoxdur”, – deyə nəşrin mənbəyi bildirib.

ERR qeyd edir ki, qazı şist yanacağı ilə əvəz etməklə istilik qiymətlərinin artımını yavaşlatmaq mümkündür. Navra meri Yaan Tutsun sözlərinə görə, belə bir ehtimal mövcuddur.

Yeri gəlmişkən, sentyabrın sonlarında AB xəbərdarlıq etmişdi ki, qarşıdan gələn qış Avropa ev təsərrüfatları və müəssisələri üçün çətin ola bilər, çünki yanacaq və benzin qiymətləri “çox yüksək” ola bilər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…