Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllıqların kəsilməsi ilə bağlı sosial mediada görüntülər yayılıb.
Məsələni aydınlaşdırmaq üçün Sumqayıt İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Tezadlar.az xəbər verir ki, İcra hakimiyyətindən trend-in sorğusuna cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir:
“Qeyd olunan ərazidə ağac kəsilməyib”, – icra hakimiyyətinin məlumatında bildirilib.
Qeyd edək ki, sosial mediada yayılan görüntülər Şəhidlər xiyabanı ilə Göyərçin abidəsi arasında yerləşən ərazidəndir. Sakinlər bu ərazidəki ağac və kolların kəsilib məhv edildiyini iddia edirlər.







