Əsas məzmuna keç

SALYAN SAKİNLƏRİ NARKOTİK VASİTƏ İLƏ SAXLANILIBLAR

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi “AzSamand” markalı avtomobildə saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb.

Fakt bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…